Bakının Nərimanov rayonu ərazisində yol qəzası baş verib
APA xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb.
Metronun 20 yanvar stansiyası istiqamətində hərəkətdə olan “Toyota” markalı avtomobilin sürücüsü qəfil əyləcdən istifadə edib.
Bu zaman eyni istiqamətdə hərəkətdə olan “Mercedes” markalı nəqliyyat vasitəsinin sürücüsü sükana nəzarəti itirərək dayanan maşına çırpılıb. Daha sonra eyni istiqamətdə olan “VAZ-2107” markalı avtomobil “Mercedes”ə çırpılıb. Qəza nəticəsində “Mercedes”də olan bir nəfər xəsarət alıb.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib