Bakının Nizami rayonunda kütləvi dava baş verib
Bakının Nizami rayonunda dava zamanı bir nəfər bıçaq xəsarəti alıb. Hadisə Qara Qarayev prospektində qeydə alınıb. Belə ki, 1989-cu il təvəllüdlü Həsənov Mirhakim Akif oğlu tanımadığı şəxslərlə mübahisə edib. Mübahisə zamanı Həsənov iki bıçaq xəsarəti alıb. Yaralı Sabunçu Tibb Mərkəzinə yerləşdirilib. Həkimlər onun vəziyyətinin ağır olduğunu bildirir. Faktla bağlı Nizami Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparır.
DİGƏR XƏBƏRLƏR
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib