Bakının Səbail rayonunda 65 yaşlı kişi güllə yarası alıb
Bakının Səbail rayonunda 65 yaşlı kişi güllə yarası alıb. APA xəbər verir ki, hadisə Bayıl qəsəbəsində qeydə alınıb. Belə ki, 1957-ci il təvəllüdlü Məsiyev Vahid İsmayıl oğlu sahib olduğu tüfəngi təmizləyərkən ehtiyyatsızlıq edib. Bu zaman odlu silahdan açılan atəş onun döş qəfəsinə dəyib. O, ağır xəsarətlə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Faktla bağlı Səbail Rayon Polis İdarəsinin və Prokurorluğunun əməkdaşları araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib