Bakının Yasamal rayonunda yanğın baş verib
Bakının Yasamal rayonunda yanğın baş verib.
APA TV-nin məlumatına görə, hadisə İbrahim Əbilov küçəsindəki (keçmiş "Sovetski") sökülmə ərəfəsində olan evlərdə qeydə alınıb.
Yanğın bir-birinə bitişik bir neçə evi əhatə edib. Yanğına ilkin müdaxiləni Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin əməkdaşları edib. Hadisə yerinə FHN-din 4 yanğınsöndürmə xidmətinin texnikası cəlb edilib.
FHN-in hadisə yerində çalışan əməkdaşlarının verdiyi məlumata görə, yanğın söndürülüb və hazırda soyutma işləri aparılır.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu