Bakıya qanunsuz sərnişin daşıyan taksi sürücüləri həbs edildi
Bakıya rayonlardan qanunsuz sərnişin daşıyan taksi sürücüləri həbs edilib.
DİN mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, taksi fəaliyyəti ilə məşğul olan Ağdaş rayon sakini Nicat Hüseynov və Qəbələ rayon sakini Əziz Ağakişiyev qanunsuz yolla sərnişinləri Bakıdan rayonlara, rayonlardan Bakıya daşıyıblar.
Dövlət Yol Polisi İdarəsi və Abşeron rayon Polis İdarəsinin Qobu Polis Bölməsinin əməkdaşları tərəfindən hər iki taksi sürücüsü saxlanılıb. Onlar barəsində toplanan materiallar Abşeron rayon Məhkəməsinə göndərilib.
Hər iki şəxsə inzibati qaydada 15 sutka həbs cəzası verilib.
DİGƏR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi