Bakıya yağış, rayonlara qar yağacaq – SABAHIN HAVASI
Martın 11-də Bakıda və Abşeron yarımadasında gün ərzində arabir yağış yağacağı gözlənilir. Mülayim şimal küləyi əsəcək.
ETSN-nin Milli Hidrometeorologiya Xidmətindən APA TV-yə verilən məlumata görə, havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 3-5, gündüz 6-8 dərəcə isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 758 mm civə sütununa enəcək, nisbi rütubət 75-85 faiz təşkil edəcək.
Martın 11-də Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq arabir yağış, bəzi yerlərdə sulu qar, qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Arabir duman olacaq, qərb küləyi əsəcək, gündüz arabir güclənəcək.
Havanın temperaturu gecə 2-5, gündüz 5-8 dərəcə isti, dağlarda gecə 3-8, gündüz 0-3 dərəcə şaxta olacaq.
Tibbi-meteoroloji proqnoz görə, martın 11-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü və rütubətli hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün nisbətən əlverişlidir.
DİGƏR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri