Bakıya yas yerinə gelən ailə Göygöldə qəzaya düşdü – XƏSARƏT ALANLAR VAR
Göygöldə yol nəqliyyat hadisəsi baş verib.
APA TV-nin yerli bürosunun xəbərinə görə, Şəmkir rayon sakini Sabit Həsənov idarə etdiyi "VAZ-210014" markalı minik maşını ilə üzü Bakı istiqamətində hərəkətdə olarkən Elmir Yusibova məxsus "Shacman" markalı yük maşını ilə toqquşub.
Qəza zamanı minik maşının sərnişinləri - 1964-cü il təvəllüdlü Adil Xəlilov və onun bacısı, 1970-ci il təvəllüdlü Durdanə Xəlilova xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. Yaralıların vəziyyətinin orta-ağır olduğu bildirilir.
Qeyd edək ki, "VAZ-210014"də olan ailənin üzvləri Bakı şəhərinə yas yerinə gedirlərmiş.
Faktla bağlı araşdırma aparılır.
Fuad Nazimoğlu,
Mehdi Məmmədov,
APA TV
DİGƏR XƏBƏRLƏR
Xankəndi, Xocalı və Ağdərəyə NÖVBƏTİ KÖÇ BAŞ TUTDU
Qarabağdakı abidələr hansı tarixi həqiqətləri yaşadır?
Böyük Qayıdışın növbəti mərhələsi: Daha 284 sakin yurda döndü