Balakən sakininə tibbi yardım göstərilsə də...
Balakən şəhər sakini, 1961-ci il təvəllüdlü Ustayev Ömər Şərəfəddin oğlu işıq dirəyindən yıxılaraq çoxsaylı sınıq xəsarətləri alıb. O təcili olaraq Balakən Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ustayev Ömərə həkimlər tərəfindən tibbi yardım göstərilsə də, o aldığı xəsarətlərdən xəstəxanada vəfat edib. Vəfat etmiş şəxs rayonun İşıq idarəsinin əməkdaşı olub. Qeyd edək ki, hadisə güclü küləkdən sonra fəsadlar aradan qaldırılan, elektrik xətlərində bərpa işləri aparılan Meşəşambul kəndində qeydə alınıb. Faktla bağlı araşdırma aparılır. Vuqar Heydərov, Əhməd Fərruxoglu APA TV - Balakən
DİGƏR XƏBƏRLƏR
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
Azərbaycan ordusu necə dünyanın ən güclü ordularından birinə çevrildi?
Prezident İran İslam Şurası Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib