Balakəndə avtomobil piyadanı vuraraq öldürdü
Balakəndə avtomobil piyadanı vuraraq öldürüb.
Hadisə fevralın 16-da saat 21:40 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistiral avtomobil yolunun Balakən rayonu ərazisindən keçən 138-ci kilometrliyində qeydə alınıb.
Rayonun Meşə Şambul kəndində yaşayan, 1991-ci il təvəllüdlü Ramazan Maham oğlu Behalov idarə etdiyi "Mercedes E220" markalı avtomobillə piyada 1970-ci il təvəllüdlü Zəkəriyyə Arzuman oğlu Heydərovu vurub. Qəza zamanı Zəkəriyyə Heydərov aldığı ağır bədən xəsarətlərindən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu