Bank Of Baku

Balakəndə avtomobilin vurduğu piyada öldü

# 13:56
18 may 2020

Balakəndə 75 yaşlı piyadanı maşın vuraraq öldürüb.

APA TV-nin məlumatına görə, hadisə rayonun Qullar kəndi ərazisində baş verib.

Belə ki, rayonun Mazımçay kənd sakini, 1959-cu il təvəllüdlü Məhəmməd İbrahimov idarə etdiyi “Qaz 2705” markalı avtomobili ilə Balakən şəhəri istiqamətində hərəkətdə olarkən yolu keçən piyada, Qullar kənd sakini, 1945-ci il təvəllüdlü Cavadxan Şəkiliyevi vurub.

Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan Cavadxan Şəkiliyev Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilsə də onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR