Balakəndə əməliyyat: Keçmiş məhkum tutuldu - APA TV

# 14:10
7 noyabr 2022

Balakəndə əməliyyat: Keçmiş məhkum tutuldu Balakən Rayon Polis Şöbəsinin Qabaqçöl Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı üzərində qanunsuz odlu silah-sursat gəzdirən keçmiş məhkum tutularaq istintaqa təhvil verilib. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan APA TV-nin yerli bürosuna verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı əvvəllər də Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş Meşəşambul kənd sakini Ramazan Əhmədilov tutulub. Şəxsi axtarış zamanı ondan tapança, həmin silaha aid sandıqça və patron aşkar edilərək götürülüb. Saxlanılan şəxs ifadəsində həmin tapançanı bir il yarım əvvəl tapdığını və daha sonra yaşadığı evin həyətində torpağa basdıraraq gizlətdiyini etiraf edib. Faktla bağlı cinayət işi başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR