Balakəndə evdə yanğın olub, 2 nəfər xəsarət alıb
Balakəndə fərdi yaşayış evində yanğın baş verib. FHN- dən APA- ya verilən məlumata görə, rayonun Şambul kəndində ümumi sahəsi 100 m² olan birmərtəbəli 3 otaqlı evin 2 ədəd plastikdən ibarət pəncərə çərçivəsi, 1 ədəd qapısının taxta üzlüyü və dam örtüyünün yanar konstruksiyaları 15 m² sahədə, bitişik, ümumi sahəsi 40 m² olan talvarın yanar konstruksiyaları, altında olan taxta materiallar və 2 ədəd dəzgah yanıb. Yanğın zamanı 2 nəfər yanıq xəsarəti alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib