Balakəndə istixanada narkotik tərkibli bitkiləri becərən şəxs saxlanılıb
Balakəndə istixanada narkotik tərkibli bitkiləri becərən şəxs saxlanılıb.
APA TV-nin məlumatına görə, Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiyasına qarşı
əməliyyat tədbiri keçirilib.
Narkotik tərkibli bitkilərin əkilib-becərilməsi ilə məşğul olmaqda şübhəli bilinən, rayonun Şərif kənd sakini Şirin Süleymanov saxlanılıb və onun yaşadığı evin həyətyanı sahəsində əməliyyat axtarış tədbiri keçirilib. Onun yaşadığı evin həyətinə baxış zamanı istixanada əkilib-becərilməsi qadağan edilən, hündürlükləri 90sm-dən 120 sm-dək olan çətənə kolları aşkar edilib.
Faktla bağlı Balakən Rayon Polis Şöbəsində araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."
Prezident: Avropa Şurasını tərk etməyi ciddi şəkildə müzakirə etmişik