Balakəndə keçmiş məhkumdan narkotik götürüldü

# 16:14
8 may 2021

Balakəndə narkobaron saxlanılıb.

APA TV-nin yerli bürosunun xəbərinə görə, rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı əvvəllər də məhkum olunmuş şəhər sakini Aydın Qasımov yaxalanıb. Onun yaşadığı ünvana baxış keçirilən zaman 40-a yaxın kağız bükümdə satış məqsədilə saxladığı heroin və metamfetamin, onların satışından əldə etdiyi 3500 manat pul,  eləcə də xüsusi aqrotexniki qaydada qulluq göstərilməklə yetişdirilən 10 ədəd çətənə bitkisi aşkar olunaraq götürülüb.

Həyata keçirilən digər bir əməliyyat nəticəsində isə üzərində narkotik vasitə daşımaqda və saxlamaqda şübhəli bilinən Elnur Tağıyev saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin, yaşadığı evdən isə şprislər aşkar olunaraq maddi sübut kimi götürülüb.

Faktlarla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR