Balakəndə koronavirus xəstəsi barədə cinayət işi açıldı
Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi saxlanılıb.
APA TV-nin yerli bürosunun məlumatına görə, COVİD-19 testinin nəticəsi pozitiv olan şəhər sakini Elmin Qantayevə ev şəraitində müalicə təyin edilib və karantin qaydalarına riayət etməsi tapşırılıb.
Ancaq koronavirus daşıyıcısı olan E.Qantayev qaydaları kobud şəkildə pozaraq ictimaiyyət arasına çıxıb və virusun daha çox yayılmasına şərait yaradıb. Polis əməkdaşları tərəfindən o, idarə etdiyi avtomobillə şəhər ərazisində hərəkətdə olan zaman saxlanılıb və müəyyən edilmiş tibbi prosedurlar da gözlənilməklə koronavirus xəstələrinin müalicə aldığı xəstəxanaya yerləşdirilib. E.Qantayev barəsində cinayət işi başlanılıb.
DİGƏR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri