Balakəndə koronavirus xəstəsi ictimai yerdə aşkarlandı
Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən nəzarət-profilaktik tədbirlər zamanı aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb.
APA TV-nin yerli bürosunun xəbərinə görə, rayonun Talalar kənd sakini Etibar İsmayılov ev şəraitində müalicəyə cəlb edilməsinə baxmayaraq, o, yaşadığı ünvanı tərk edib və digərlərinin sağlamlığı üçün real təhlükə yaradıb. Həmin şəxs idarə etdiyi “VAZ-2106” markalı avtomobillə şəhər ərazisində hərəkətdə olarkən polis əməkdaşları tərəfindən saxlanılıb. Onunla izahedici söhbətlər aparıldıqdan sonra tibbi prosedurlar da gözlənilməklə yaşadığı ünvana geri qaytarılıb.
Etibar İsmayılov barəsində cinayət işi başlanılıb
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu