Balakəndə motosiklet kanala düşdü
Balakəndə yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə axşam saat 20 radələrində Balakən-Qazbinə-İtitala avtomobil yolunun Kortala kəndi ərazisindən keçən hissəsində baş verib. Zaqatala rayon Danaçı kənd sakininin idarə etdiyi motosiklet sərt döngədə idarəetmədən çıxaraq yolun kənarındakı 1 metr dərinliyindəki kanala düşüb. Nəticədə Zaqatala rayonu Danaçı kənd sakinləri olan motosikletin sürücüsü 2002-ci il təvəllüdlü Sahib İsmayıl oğlu Kahayev və 2004-cü il təvəllüdlü Kamran İsa oğlu Yumuxov xəsarət alıb. Yaralılar Balakən Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.
Qəza gənclər Balakən rayonun Kortala kəndində futbol oynayıb Zaqatalaya geri qayıdarkən baş verib.
Faktla bağlı Balakən rayon Polis Şöbəsində araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu