Balıq tutarkən suya düşdü, meyiti 150 metr aralıda tapıldı
Göyçayda kanalda batan şəxsin meyiti tapılıb. APA-nın Şirvan bürosu xəbər verir ki, rayonun Bığır kənd sakini 1971-ci il təvəllüdlü Qəfərov Qalib Nizam oğlunun meyiti balıq tutduğu yerdən təqribən 150 metr aralıda tapılıb. Xatırladaq ki, dünən səhər saatlarından dalğıclar kanalda axtarışlar aparırdı. Şəxsin meyiti aidiyyatı üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib