Balıqçı və quşbaz uyuşdurucu vasitəyə görə saxlanıldı
Abşeron Rayon Polis İdarəsinin Mehdiabad polisi əməliyyat-axtarış tədbirləri həyata keçirib.
APA TV-nin yerli bürosunun məlumatına görə, Məmmədli kəndində keçirilən əməliyyat axtarış tədbirləri zamanı Nardaranda balıqçılıqla məşğul olan Mübariz Kazımov və Məmmədlidə quş təsərrüfatı olan Üzeyir Əjdərov şübhəli şəxs qismində saxlanılıblar. Mübariz Kazımovdan 0.320 qram heroin, Üzeyir Əjdərovdan isə 7.45 qram heroin, 10.14 qram metamfetamin və 29.74 qram tiryək aşkar edilərək maddi sübut kimi götürülüb. Mübariz Kazımov narkotik maddə olan heroini Məmmədli kəndində tanışı Üzeyir Əjdərovdan aldığını etiraf edib.
Faktla bağlı Abşeron rayon Polis idarəsində araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib
İlham Əliyev və Mehriban Əliyeva Ümummilli Liderimizin abidəsini ziyarət ediblər
Prezident TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib