Bank əmanətləri vergidən azad olunur?
Azərbaycanda bank əmanətləri üzrə faiz gəlirlərinin vergiyə cəlb olunmasında dəyişikliklər edilib. Belə ki, yerli və xarici bankın filialı tərəfindən fiziki şəxslərin milli valyutada olan depoziti 18 ay və daha artıq müddətə yerləşdirildikdə, depozitin məbləği 18 aydan tez olmayaraq ödənildikdə hesablanan faiz gəlirlərinin tam hissəsi 3 il müddətinə vergidən azad edilir. Qeyd edək ki, dəyişiklik həm milli, həm də xarici valyutada olan faiz gəlirlərinə aid ediləcək. AYTƏN SAKİTQIZI APA TV
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu