Baş nazir Böyük Qayıdış layihəsinə ayrılan VƏSAİTİ AÇIQLADI
“İlkin hesablamalara görə, İnkişaf Strategiyasının icrası məqsədilə ümumilikdə büdcədən 32,7 mlrd. manat vəsait tələb olunur ki, bunun 19,2 mlrd. manatı (58,7%) işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışın təmin edilməsinə yönəldiləcək”.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında Baş nazir Əli Əsədov deyib.
2023-cü ilin dövlət büdcəsinə gəldikdə, Baş nazir bildirib ki, İnkişaf Strategiyası ilə nəzərdə tutulan layihə və tədbirlərin maliyyələşdirilməsi üçün 5,2 mlrd. manat vəsait nəzərdə tutulub ki, onun da 3 mlrd. manatı işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası ilə bağlı xərclərdir (2022-ci ilə nisbətən 12,4 faiz çox). Son iki ildə isə Böyük Qayıdış planının layihəsinə dövlət büdcəsindən 5,8 mlrd. manatdan çox vəsait yönəldilib.
DİGƏR XƏBƏRLƏR
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək