Baş prokuror: “Ulu Öndər bu zəfər üçün əlindən gələni etmişdi"
"Ulu Öndər Qarabağla bağlı bugünkü günü görürdü. Bu zəfər üçün əlindən gələni etmişdi".
APA TV-nin məlumatına görə, bunu Baş prokuror Kamran Əliyev jurnalistlərə açıqlamasında bildirib:
“Bu gün əldə edilən qələbəyə görə bir daha ona minnətdarıq. Çünki onun siyasi, iqtisadi, ordu quruculuğu sahəsində həyata keçirdiyi bütün islahatlar, beynəlxalq sahədə gördüyü bütün tədbirlər hamısı buna yönəlmişdi. Möhtərəm Prezident çıxışında qeyd etdi ki, bu gün Azərbaycanın qələbəsi üçün çox gözəl hüquqi baza, hüquqi zəmin yaradılmışdı. Bu hüquqi bazanın da yaradılmasında Ulu Öndərin xidmətləri misilsiz idi. Təbii ki, bu gün onun ruhu şaddır və bir daha Allah rəhmət eləsin"
DİGƏR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri