Baş Şirvan kanalında brakonyerlərə qarşı reyd keçirildi
“Azərbaycan Balıqçılar İttifaqı və Ekologiya və Təbii Sərvətlər nazirliyi tərəfindən Baş Şirvan kanalında brakonyerliyə qarşı birgə reyd keçirilib. Reydin məqsədi balıqların kürüləmə dövründə kanalda qurulan qanunsuz sintetik torların və digər qurğuların aşkar edilərək məhv edilməsidir.”
Bakı-Ələt magistral xəttin üzərində yerləşən körpüdən 18 kilometrlik məsafə kəsiyində Baş Şirvan kanalı boyunca balıq axınının qarşısını alan qurğular, kanalda quraşdırılan süni maneələr ekskavatorun köməyi ilə sudan çıxarılaraq yararsız vəziyyətə gətirilib. Reydin əsas məqsədi balıqların kürüləmə dövründə onların maneəsiz və tələf olmadan kanallara daxil olaraq kürüləməsini təmin etmək, balıq ehtiyatlarının artmasının qarşısını alan neqativ amilləri aradan qaldırmaqdır.
Qanunsuz balıq ovuna qarşı reydlərin mütəmadi olaraq respublikanın bütün daxili su hövzələrində aparılması planlaşdırılır.
Əlibəy Zeynallı
Elçin Həsənov
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu