Bayden: “Rusiyaya cavab verəcəyik”
“Rusiyanın Ukraynaya silahlı hücumunun dayandırılması məsələsi “Böyük yeddilik” ölkələri liderlərinin fövqəladə toplantısında müzakirə olunacaq”.
APA-nın Deutsche Welle-yə istinadən xəbərinə görə, bunu ABŞ Prezidenti Co Bayden bəyan edib.
O bildirib ki, görüşdə Rusiyaya tətbiq ediləcək sanksiyalar paketi nəzərdən keçiriləcək.
Ağ Ev rəhbərinin sözlərinə görə, NATO-nun müttəfiqinə qarşı aqressiyaya cavab addımları razılaşdırılacaq.
Co Bayden vurğulayıb ki, rəsmi Moskva adıçəkilən dövlətə hərbi müdaxilə etdiyi üçün beynəlxalq ictimaiyyət tərəfindən məsuliyyətə cəlb ediləcək: “Baş verənlərə görə məsuliyyəti bilavasitə Rusiya daşıyır. Bütün dünya Ukrayna dövləti və xalqı üçün dualar edir. Müttəfiqlərimizlə birlikdə Rusiyanın addımlarına cavab veriləcək”.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində Ukraynaya qarşı hərbi əməliyyatların başlandığını elan edib.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu