Bayden yenə dünya mediasının GÜNDƏMİNDƏ
ABŞ Prezidenti Co Bayden çıxışları zamanı etdiyi səhvlərlə tez-tez dünya mediasının gündəminə düşür. O, bu dəfə də öz ənənəsinə sadiq qalıb.
APA TV xəbər verir ki, ABŞ lideri bu dəfə Kolorado ştatında çıxışı zamanı səhvən oğlu Bo Baydenin İraqda dünyasını dəyişdiyini deyib.
Bayden çıxışı zamanı qeyd edib ki, Koloradoda daha sonradan İkinci Dünya müharibəsində iştirak edən amerikalı hərbçilər təlim keçiblər: “Təsəvvür edin. Mən bunu səmimi şəkildə deyirəm. Mən bunu “Bürünc ulduz” medalı alan və İraqda həyatını itirən bir şəxsin atası kimi deyirəm”.
Qeyd edək ki, Baydenin böyük oğlu Bo Bayden 2008-2009-cu illərdə İraqda xidmət edib. O, 2015-ci ildə ABŞ-da 46 yaşında beyin xərçəngindən dünyasını dəyişib.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu