Bayrağımızı yandıran erməni cəzasız qaldı
Ermənistanın İstintaq orqanı İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağını yandıran erməni dizayner Aram Nikolyanın hərəkətində cinayət tərkibinin olmadığını bildirib.
APA "SputnikArmenia"ya istinadən məlumat yayıb ki, bu barədə onun vəkili Aleksandr Qoçubayev məlumat verib.
"Çox yaxşı haldır ki, istintaqın ilkin mərhələsində istintaq orqanı cinayət tərkibinin olmadığını bildirib. İlkin məlumata görə, ona cinayət işi açılmayacaq" - o bildirib.
Vəkil əlavə edib ki, istintaq orqanı cinayət işinin başlanmaması barədə qərar qəbul edib və materiallar prokurorluğa göndərilib.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib