"Bayraktar" Azərbaycanda işçilər yığır - ÇOXSAYLI VAKANSİYALAR

# 15:00
23 yanvar 2023

Ötən ilin payızında dövlət qeydiyyatına alınan Türkiyənin "Bayraktar" şirkətinin Azərbaycandakı törəmə şirkəti olan "Bayraktar Texnologiya Azərbaycan" işçilərin qəbuluna başlayıb.

Bu barədə Fed.az məlumat yayıb. Məlumata görə, şirkət 18 vəzifə üzrə vakansiyalar elan edib.

Vakansiyalar aşağıdakılardır:

- Elektron Sistem Dizaynı Mühəndisi

- İnformasiya Texnologiyalarına Texniki Dəstək Mütəxəssisi

- İnsan Resursları Mütəxəssisi

- Inzibati Işləri Üzrə Satin Alma Mütəxəssisi

- Lojistika Anbar Mütəxəssisi

- Mexaniki dizayn mühəndisi

- Mühasibat Uçotu Mütəxəssisi

- PUA Pilotu

- Quraşdırılmış Proqram Təminatının İnkişafı Üzrə Mühəndis

- Sahə Texniki (Elektronika/Avionika)

- Süni İntellekt Proqram Təminatı Mühəndisi

- Tam Stack Proqram Mühəndisi

- Təmirin İdarə Edilməsi Üzrə Əməliyyatların Mütəxəssisi

- Təyyarə Baxım Texniki (Mexanik)

- Təyyarədə Baxım Texnik (Elektronika)

- Təyyarədə Baxım Texniki (Struktur Üzrə)

- Təyyarədə Təmir Mühəndisi

- Uçuşlara Nəzarət Mühəndisi

Şirkətdə işləmək üçün bayraktartech.az saytının vakansiyalar bölümündən müraciət edə bilərsiniz.

Yeni şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, nizamnamə kapitalı 1,7 milyon manat, qanuni təmsilçisi isə Türkiyənin “Baykar Makina” şirkətinin sahə koordinatoru Hüseyn Topuzdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR