Bayram günlərində gözlənilən hava şəraiti açıqlanıb
Bayram günlərində ölkə ərazisində hava şəraitinin sabit, yağmursuz keçəcəyi gözlənilir, cənub küləyi üstünlük təşkil edəcək.
APA-nın xəbərinə görə, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.
O qeyd edib ki, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 8-13, Aran rayonlarında 13 dərəcəyədək isti, dağlıq rayonlarda 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq: “Dekabrın 31-i Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz olacağı, mülayim cənub küləyinin əsəcəyi, Havanın temperaturu gecə 4-6, gündüz 8-11 dərəcə isti təşkil edəcək”.
U.Tağıyevanın sözlərinə görə, yanvarın 1-də Bakıda və Abşeron yarımadasında havanın yağmursuz olacağı, şimal küləyinin əsəcəyi gözlənilir. Havanın temperaturu gecə 2-4, gündüz 7-9 dərəcə isti olacaq: “Yanvarın 2-də hava şəraiti əsasən yağmursuz keçəcək. Mülayim cənub küləyi əsəcək, küləyin sürəti 8-13 m/s olacaq. Havanın temperaturu gecə 4-6, gündüz 8-12 dərəcə isti olacaq. Yanvarın 3-də isə hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturunun gecə 5-7, gündüz 9-13 dərəcə isti olacağı gözlənilir”.
Xidmət rəisi bildirib ki, yanvarın 4-də Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi, Havanın temperaturu gecə 5-7, gündüz 9-14 dərəcə isti təşkil edəcək: “Azərbaycanın rayonlarında isə 31 dekabr - 4 yanvar tarixlərində hava şəraitinin sabit olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq, mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3-7, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 2-6 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq”.
DİGƏR XƏBƏRLƏR
![Valideynlər narkomaniyaya düçar olan övladını necə tanısın? – APA TV](https://apa.az/storage/apa-tv/news/2024/july/02/big/6684412821d6e6684412821d6f17199434646684412821d6b6684412821d6c.jpg)
Valideynlər narkomaniyaya düçar olan övladını necə tanısın? – APA TV
![Taksilərin sayı azaldı, minimum qiyməti isə 4.50 AZN oldu](https://apa.az/storage/apa-tv/news/2024/july/01/big/6682be55512976682be555129817198444376682be55512956682be5551296.jpg)
Taksilərin sayı azaldı, minimum qiyməti isə 4.50 AZN oldu
![Taksi fəaliyyətində istifadə olunacaq avtomobillərlə bağlı yeni qərar qüvvəyə mindi](https://apa.az/storage/apa-tv/news/2024/july/01/big/66823df42a73f66823df42a740171981157266823df42a73d66823df42a73e.jpg)
Taksi fəaliyyətində istifadə olunacaq avtomobillərlə bağlı yeni qərar qüvvəyə mindi
![Gəncədə ağır yol qəzası baş verib](https://apa.az/storage/apa-tv/news/2024/july/01/big/66823dae71e8766823dae71e88171981150266823dae71e8566823dae71e86.jpg)