Bayram namazının vaxtı açıqlandı - AZƏRBAYCANDA

# 15:23
7 may 2021

“Rəsmi olaraq mayın 13-ü və 14-ü Ramazan bayramı günü kimi qəbul olunub. Ramazan bayramı günündə qılınan namaz şəriətdə qılınması vacib olan namazlar sırasında deyil. Bu, müstəhəb namazdır”.

 

Bunu APA TV-yə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev bildirib.

 

Onun sözlərinə görə, pandemiya şəraiti olduğundan insanların bir yerə toplaşaraq namaz qılınması qadağandır.

 

“Düşünürük ki, hələ məscidlərdə namazların kütləvi şəkildə qılınmasına şərait yoxdur, ümid edirik ki, bu, müvəqqəti haldır. Hazırda pandemiya şəraiti davam etdiyi üçün istəyən hər kəs öz ailə üzvləri ilə evində 2 rükət bayram namazı qıla bilər”.

 

Fuad  Nurullayev qeyd edib ki, bayram namaz mayın 13-ü, Ramazan bayramında Zöhr namazına qədər qılına bilər.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR