Bazar gününün hava proqnozu

# 14:04
9 aprel 2022

İstirahət gününə olan hava şəraiti açıqlanıb.

 

Milli Hidrometeorologiya Xidmətindən APA TV-yə bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə az yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq.

 

Havanın temperaturu gecə 9-12° isti, gündüz 16-20° isti olacaq. Bakıda gecə 9-11° isti, gündüz 18-20° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-65 % olacaq.

 

Azərbaycanın rayonlarında isə hava əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə duman olacaq, mülayim qərb küləyi əsəcək.

 

Havanın temperaturu gecə 8-13° isti, gündüz 20-25° isti, dağlarda gecə 0-5° isti, gündüz 7-12° isti olacaq.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR