Belarus Ukrayna ilə sərhəddə 150 helikopter yığdı - KOSMOSDAN GÖRÜNTÜLƏR

# 15:09
26 fevral 2022

Belarusun cənubunda Ukrayna ilə sərhəddən təxminən 32 km aralıda 150-yə yaxın helikopter və quru qoşunları yerləşir.

 

APA TV xəbər verir ki, bunu “Maxar”ın peykdən çəkilmiş görüntülərində görmək olar.

 

Xüsusilə helikopterlər Belarusun Xoyniki şəhəri yaxınlığındadır - burada 90-dan çox helikopter yolda dayanıb. Yerləşdirmənin uzunluğu 8 km-dən çoxdur.

 

Şəkillər həmçinin bölgədə karvan halında bir neçə yüz avtomobillə böyük quru qüvvələrinin yerləşdiyini də göstərir.

 

Qeyd edək ki, Rusiya qoşunları Ukraynaya həmçinin Belarus ərazisindən də daxil olub. Müharibə başlamazdan əvvəl Rusiya və Belarus hərbçiləri birgə təlimlər keçirib.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR