Bələdiyyə sədrinin evindən iki dəfə oğurluq etdi, üçüncü dəfə tutuldu - SABİRABADDA

# 18:59
7 aprel 2021

Sabirabadda Sosialist Əməyi Qəhrəmanı Fatma Hüseynovanın evinə 3-cü dəfə girən oğru yaxalanıb.

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, Qaratəpə bələdiyyəsinin sədri,  prezident təqaüdçüsü Fatma Hüseynovanın evinə girən oğrunu qonşuları evi mühasirəyə alaraq çölə çıxmağa qoymayıblar. Hadisə yerinə gələn polis əməkdaşları oğrunu evin zirzəmisində yaxalayıblar.

Araşdırma zamanı məlum olub ki, saxlanılan Elşən Umudov döşəməni kəsərək evə zirzəmidən daxil olub.

Hadisə zamanı Fatma Hüseynova isə hadisə zamanı evdə olmadığını deyir:  “İşdəydim gördüm evdən zəng gəldi ki, evdə adam var tez gəl evə. Getdim gördüm evi alıblar mühasirəyə gözləyirlər ki, polislər gəlsin bunu çıxarsınlar. Polislər sağ olsun gəldilər çıxardılar. Çıxartdılar danışdırdılar. Pulu götürməyi boynuna almır. Amma kameraya düşüb. Kamerada görünür ki, yatdığım otaqda divanı belə eşələyir. Pulu başımın altına qoymuşdum onu da eşir. Yastığın içinə qədər. Ot satmışdım öz zəhmət haqqım idi 28 min pulu gizlətmişdim evdə, pulu götürüb”.

Yeri gəlmişkən xatırladaq ki, Elşən Umudov undan əvvəl Fatma Hüseynovanın evindən 56 min manatlıq qızıl-zinət əşyaları və nağd pul oğurlayıb.

Bu cinayətin üstü açılandan sonra ona 13 il həbs cəzası verilib. 6 ay əvvəl vaxtından əvvəl azadlığa çıxan Elşən Umudov ikinci dəfə evə daxil olub və bu dəfə 28 min manat nağd pul aparıb.

Qeyd edək ki, ötən il noyabrın 2-də də Fatma Hüseynovanın evinə 4 nəfər maskalı şəxs basqın edib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Əlibəy Zeynallı,

Elçin Həsənov,

APA TV

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR