Bərdədə ağır qəza: Piyadalardan biri öldü, digəri isə...
Bərdədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA TV-nin xəbərinə görə, hadisə şəhərin Bakı küçəsində qeydə alınıb.
Yolu keçmək istəyən rayon sakinləri 13 yaşlı Cəfərli Baloğlan Etibar oğlunu və 18 yaşlı Mirzəyev Rövşən Mehdiqulu oğlunu minik avtomobili vurub. Qəza zamanı Rövşən Mirzəyev hadisə yerində həyatını itirib. Baloğlan Cəfərov isə təcili tibbi yardım avtomobili ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb.
Hadisəni törədən şəxs ərazidən qaçdığı üçün onun kimliyi məlum deyil. Faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib