Bərdədə ağır yol qəzası baş verib
Bərdədə yol-nəqliyyat hadisəsi baş verib.
APA TV-nin yerli bürosununxəbərinə görə, hadisə Hindarx-Borsunlu yolunda, rayonun İmirli kəndi ərazisində qeydə alınıb. Hərəkətdə olan "Mercedes" markalı avtomobil qarşıdan gələn "VAZ 2106" markalı avtomobillə toqquşub. Nəticədə "VAZ"-da olan 1952-ci il təvəllüdlü Qarayev Ələmdar Əkbər oğlu, onun qardaşı, 1961-ci il təvəllüdlü Qarayev Rəhbər Əkbər oğlu və onun həyat yoldaşı 1964-cü il təvəllüdlü Qarayeva Lətafət Yunis qızı xəsarət alaraq Ağdam Mərkəzi rayon xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Habil Aslanoğlu, Ziya İsmayılov, APA TV
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib