Bərdədə ana doğuşdan sonra öldü
APA TV-nin xəbərinə görə, hadisə Bərdə rayon Mərkəzi Xəstəxanasının doğum evində baş verib. Tərtər rayon sakini, 24 yaşlı Sahilə Əsədova Bərdə Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsinə gətirilib. Qeysəriyyə əməliyyatından sonra qadın vəfat edib. TƏBİB-in şöbə müdiri Zamirə Ədilovanın sözlərinə görə, 24 yaşlı qadının ölümünə səbəb böyrək çatışmazlığı olub. Hazırda yeni doğulan körpənin vəziyyətinin yaxşı olduğunu bildirirlər. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu