Bərdədə avtomobil 2 piyadanı vurub, biri ölüb
Bərdədə avtomobil vurduğu iki piyadadan biri ölüb. APA-nın xəbərinə görə, hadisə şəhərin Həzi Aslanov küçəsində baş verib. Yolu keçmək istəyən 2000-ci il təvəllüdlü İsmayılova Röya Qoşqar qızı həyatını itirib. Onun həyat yoldaşı, qəzada xəsarət alan 1993-cü il təvəllüdlü İsmayılov Adəm Akif oğlu Bərdə rayon xəstəxanasına yerləşdirilib. Piyadaları vuran sürücü hadisə yerindən qaçıb. Polis onu axtarır.
DİGƏR XƏBƏRLƏR
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib