Bərdədə azyaşlını it dişləyib
Bərdədə 7 yaşlı uşağı it dişləyib. Hadisə rayonun məcburi köçkün şəhərciyində qeydə alınıb. 2016-cı il təvəllüdlü Kərimov Mirkamil Toğrul oğlu həyətdə oynayarkən sahibsiz itlərin hücumuna məruz qalıb. Uşaq ətrafdakılar tərəfindən xilas edilərək xəstəxanaya çatdırılıb. Azyaşlıya ilkin tibbi yardım göstərilib, quduzluğa qarşı vaksin vurulduqdan sonra ambulator müalicə üçün evə buraxılıb. Qeyd edək ki, sakinlərin müraciəti əsasında APA TV 2 gün əvvəl sahibsiz itlərin hücumu ilə bağlı şəhərcikdən sujet hazırlayıb. Emin Babayev, Fəzail Səfərov, APA TV
DİGƏR XƏBƏRLƏR
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirildi
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi