Bərdədə kafedə iki nəfəri güllələdilər
Bərdədə kafedə kənd sakini iki nəfəri güllələyib.
APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə rayonun Bala Qəcər kəndində qeydə alınıb.
Kənd sakini, 1964-cü il təvəllüdlü Rəcəb Məmmədov kənd ərazisində yerləşən kafedə aralarında yaranmış münaqişə zamanı həmkəndlisi, kafenin sahibi Eldar Məmmədova və rayon Qullar kənd sakini Sərxan Əsədova ov tüfəngindən atəşə açaraq, hadisə yerindən qaçıb.
Nəticədə ağır yaralanan şəxslər Bərdə Rayon Mərkəzi Xəstəxanasında çatdırılıb. Onların vəziyyəti orta ağır qiymətləndirilir.
Qeyd edək ki, hadisəni törətməkdə şübhəli bilinən Rəcəb Məmmədovun tapılması istiqamətində rayon polis şöbəsinin əməkdaşları tərəfindən əməliyyat axtarış tədbirləri davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.
Habil Aslanoğlu, Ziya İsmayılov, APA TV
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib