Bərdədə sahədə işləyən kişini arı sancaraq öldürdü
Bərdədə otlaq sahədə işləyən 38 yaşlı kişini arı sancaraq öldürüb.
APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə rayonun Gərənə kəndində qeydə alınıb. Kənd sakini, 1982-ci il təvəllüdlü Xəyal Həmidov həmkəndlisinin həyətində ot yığarkən 2 vəhşi arı onu boyun nahiyəsindən sancıb. Xəyal Həmidov arı sancandan bir müddət sonra dünyasını dəyişib.
Yaxınlarının sözlərinə görə, vəhşi arılar onun boyun nahiyyəsindən sancdığı üçün Xəyal Həmidovun həyatını xilas etmək mümkün olmayıb.
DİGƏR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi