Bərdədə yola çıxan heyvanlar qəzaya səbəb olub

# 17:41
28 oktyabr 2022

Bərdədə yola çıxan inək qəzaya səbəb olub.

 

APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə rayonun Kolayır​ kəndi ərazisindən qeydə alınıb. Hərəkətdə olan “Qazel” markalı yük avtomobili otlaqdan qayıdan bir neçə iri buynuzlu heyvanı vurub. Zərbənin təsirindən avtomobilə çırpılan inək ölüb.

 

Təsərrüfat sahibi iddia edir ki, avtomobil kənd yolunda yüksək sürətlə hərəkət edib, qəzada bu səbəbdən baş verib. Hadisə zamanı təsərrüfat sahibinə 4 min manata qədər ziyan dəyib.

 

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR