Beyləqanda ağır qəza, yük avtomobili ilə minik maşını toqquşdu
Hadisə Beyləqan rayonunun İmamverdili kəndi ərazisində, İmişli-Beyləqan avtomobil magistralının üzərində yerləşən körpüdə baş verib. “KamAZ” markalı avtomobil idarəetməni itirərək qarşı tərəfin yoluna çıxıb və “VAZ 2105” markalı minik avtomobili ilə toqquşub. Daha sonra yük avtomobili körpüdən aşaraq Bakı-Horadiz dəmir yolu xəttinin üzərinə düşüb. Nəticədə yük avtomobilinin sürücüsü hadisə yerində, minik avtomobilinin sürücüsü və sərnişini xəstəxanada ölüblər. Qəzada həlak olan Beyləqan rayon sakinləri - 38 yaşlı sərnişin Şəmşir Şükürzadə, minik avtomobilinin sürücüsü, 32 yaşlı İlqar Məmmədov və yük avtomobilinin sürücüsü 51 yaşlı Barat İsmayılovdur. Hadisənin baş verməsinə səbəb yük avtomobilinin sürücüsünün sükan arxasında yuxulaması olub. Qəza ilə əlaqədar dəmir yolu xəttində qatarların hərəkəti dayandırılıb. Faktla bağlı araşdırma aparılır. Əlibəy Zeynallı, Elçin Həsənov, APA TV
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu