Beynəlxalq konfrans iştirakçıları Ağdama səfər edib
31 mart - 1 aprel tarixlərində keçiriləcək “Humanitar Minatəmizləmə Fəaliyyəti və Dayanıqlı İnkişaf Məqsədləri” mövzusunda beynəlxalq konfransın iştirakçıları Ağdama səfər edib.
APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, konfrans iştirakçıları Ağdamın işğaldan azad edilmiş hissəsində ANAMA-nın regional mobil düşərgəsinə baxış keçirəcək, dağıntılar və quruculuq işləri, minatəmizləmə əməliyyatları sahəsində işlərin gedişi ilə tanış olacaq.
Qeyd edək ki, konfrans Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və BMT-nin İnkişaf Proqramının (UNDP) birgə təşkilatçılığı ilə keçirilir.
Tədbir bütün dünyada sülh və təhlükəsizliyə ən ciddi təhdidlərdən biri olan mina probleminin qlobal müstəvidə müzakirəsi, o cümlədən Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin kütləvi minalanması probleminin beynəlxalq miqyasda tanıdılması, bu sahədə mövcud olan çağırış və imkanların birgə müzakirəsi məqsədilə təşkil olunub.
Elgün Gəncimsoy
DİGƏR XƏBƏRLƏR
Dövlət başçısı İordaniya Kralını Azərbaycana səfərə dəvət etdi
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib