"Beynəlxalq Məktəblərdə Liderlik" adlı kitabın təqdimatı olub
Ötən gün Avropa Azərbaycan Məktəbinin İcraçı direktoru Françesko Bankininin "Beynəlxalq Məktəblərdə Liderlik" adlı kitabının təqdimat və imza mərasimi keçirilib.
APA TV xəbər verir ki, tədbirdə çıxış edən müəllif oxucularını salamlayıb və kitab haqqında ətraflı məlumat verib.
5 ildir ki, Azərbaycanın təhsil sektorunda fəaliyyət göstərən, məktəb direktoru vəzifəsinə qədər keçdiyi karyera yoluna işıq tutan müəllif bu yolda liderlik və idarəetmə sahəsində bir çox biliklərə yiyələndiyini, daim öz üzərində çalışdığını ifadə edib.
Həmçinin Azərbaycanın əməkdar müəllimi Asif Cahangirov Françesko Bankinini təbrik edərək, kitab haqqında öz fikirlərini bölüşüb.
Sonda imzalanma mərasimi baş tutdu.
DİGƏR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi