Beynəlxalq səyyahlar Azıx mağarasında NƏLƏR GÖRÜB?

# 22:12
9 sentyabr 2022

Beynəlxalq səyyahlar Füzuliyə səfər edib.

APA TV xəbər verir ki, Prezidentin Qarabağ iqtisadi rayonundakı Xüsusi Nümayəndəliyinin əməkdaşı Araz İmanov səyyahlara Merdinli kəndindəki dağıntılar barədə məlumat verib.

Xüsusilə qeyd edib ki, işğal müddətində azərbaycanlıların qəbirləri və məscidləri dağıdılıb.

Beynəlxalq səyyahların növbəti dayanacağı Füzuli şəhərinin mərkəzi olub. Burada qonaqlara şəhərin işğal zamanı dağıdılmış binaları göstərilib.

Bildirilib ki, on minlərlə azərbaycanlı erməni işğalı zamanı məcburi köçkün düşüb.

Onların böyük əksəriyyəti evlərinə qayıtmaq arzusundadır. Araz İmanov qonaqlara qarşı tərəfdə yeni şəhər mərkəzinin əsasının qoyulduğu tikinti ərazisini də göstərib.

Azad edilmiş ərazilərə səfər çərçivəsində beynəlxalq səyyahlar Azıx mağarasında da olub. Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəis müavini Ağacavid Ramazanov səyyahlara mağaranın tarixi əhəmiyyəti və orada aparılan arxeoloji qazıntılar barədə məlumat verib. Qeyd edib ki, arxeoloji tədqiqatlar zamanı mağarada məskunlaşmış azıxantrop və neandertal insan qruplarının sümükləri tapılıb.

Beynəlxalq səyyahlar Cəbrayıl rayonu Mehdili kənd ərazisindəki minatəmizləmə işləri ilə də tanış olublar. Səyyahlara minatəmizləmə işlərinin gedişatı barədə ətraflı məlumat verilib.

ANAMA əməkdaşı bildirib ki, gün ərzində 10-50 kvadratmetr ərazi təmizlənir və hər 1 kvadratmetr ərazidə təxminən 3 mina aşkar edilir. Minaların aşkar olunması istiqamətində həm yerli, həm də beynəlxalq təşkilatlarla əməkdaşlıq edilir.

Qeyd olunub ki, ermənilər işğal zamanında ərazilərin kütləvi şəkildə minalanmasını həyata keçiriblər.

Xatırladaq ki, dünyanın ən nəhəng 4 səyyah klubundan biri olan ABŞ-ın MTP (Most Travelled People) klubunun təsisçisi Charles Veleyin başçılıq etdiyi nümayəndə heyəti Füzulidən öncə Ağdam və Şuşa şəhərində də olublar.

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR