“Beynəlxalq təşkilatların gözləri kor, qulaqları kardır” - QHT-lərdən ETİRAZ
Bakıda ekoloji yönümlü qeyri-hökumət təşkilatlarının Azərbaycan ərazilərində qeyri-qanuni məskunlaşmış ermənilərin Laçında və ətraf ərazilərdə ekoloji terror törətməsi ilə bağlı tədbiri keçirilib. QHT rəhbərləri çıxışları zamanı bildirdilər ki, ermənilər Laçında və ətraf ərazilərdə planlı şəkildə ekoloji terror törədir, meşəlikləri yandırmaqla ətraf mühitə qəsdən zərər vururular. Bu proses Azərbaycana və Azərbaycan xalqına qarşı patoloji nifrət bəsləyən ermənilərin həm də təbiətə, təbii sərvətlərimizə, ekoloji mühitə qarşı münasibətinin bariz nümunəsidir. Tədbirin sonunda QHT rəhbərləri tərəfindən Azərbaycan ərazilərində qeyri-qanuni məskunlaşmış ermənilərin Laçında və ətraf ərazilərdə ekoloji terror törətməsi ilə bağlı beynəlxalq təşkilatlara ünvanlanmış müraciət səsləndirilib.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev Əbdülfəttah əs-Sisiyə təbrik məktubu ünvanladı
Edilən ƏN BÖYÜK SƏHV! — Günvurma zamanı nə etməliyik?
Bakıda Milli Mətbuat Gününə həsr olunan tədbir keçirilib