Beynəlxalq vasitəçilər Ermənistanı danışıqlar masasına qaytarmağa çalışır
Biz keçmiş münaqişənin nəticələrinin aradan qaldırılması ilə bağlı Azərbaycanın səylərini müzakirə etdik. Normallaşma prosesi üzrə formatlar və atılmış addımlar barədə məlumat verildi. Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda Şimalı Makedoniyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Buyar Osmani ilə birgə mətbuat konfransında bildirib.
Nazir deyib ki, görüş zamanı Azərbaycanın sülh müqaviləsi üzrə baza prinsipləri və danışıqların aparılmasına diqqət yetirilib. Ceyhun Bayramovun sözlərinə görə, dekabrdan bəri Ermənistanın destruktiv yanaşması nəticəsində fiziki görüşlər olmayıb: “Beynəlxalq vasitəçilər Ermənistanı danışıqlar masasına qaytarmaq üçün intensiv addımlar atır”.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib