“Bibiheybət yolu” vətəndaşların istifadəsinə verildi
Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Bibiheybət məscidi istiqamətində olan hissəsi açılıb. Onu da qeyd edim ki, bu yol dünən gecə saatlarından istifadəyə verilib. Hazırda şəhərə giriş-çıxış tamamilə bərpa olunub.
Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Bibiheybət məscidi istiqamətində olan yol açılıb.
Bunu APA TV-yə açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib. Onun sözlərinə görə, yol dünən gecədən istifadəyə verilib: “İstinad divarının inşasından sonra yolda bərpa işlərinə başlanıldı. Yol-yataq inşa olundu. Yararsız qrunt qazılıb çıxarıldı. Yol əsasının inşası aparıldı və ardınca üç lay olmaqla asfalt-beton örtüyünün döşənməsi işləri görüldü ki, bu işlər də dünən axşam saatlarında yekunlaşdırılıb. Üfüqi nişanlanma xətləri çəkilməklə gecə saatlarında yolda hərəkət tam olaraq bərpa olunub”.
Qeyd edək ki, 2019-cu il noyabrın 24-də Bakının Səbail rayonu, Bibiheybət məscidinin yaxınlığında torpaq sürüşməsi nəticəsində sözügedən yolun 250-300 metrlik məsafədə asfalt qatı dağılmışdı.
Mir Çingiz Ağazadə
Faiq Həsənov
APA TV
DİGƏR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi