Bibisindən borc pul istədi, bibi ona pul vermədiyi üçün görün nə etdi

# 16:48
2 aprel 2024

Lənkəranda oğurluq hadisəsi baş verib. Rayon sakini olan qadın evindən 27 500 manatının oğurlanması barədə polisə məlumat verib. Lənkəran polisinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində həmin əməli törətməkdə şübhəli bilinən qadının qohumu Yusif Quluyev müəyyən edilərək saxlanılıb. Oğurlanan pullar ondan aşkarlanaraq maddi sübut kimi götürülüb. Araşdırma zamanı məlum olub ki, saxlanılan şəxs oğurluqdan bir müddət əvvəl rayona gələrək bibisindən borc pul istəyib. Bibisi isə ona borc verməkdən imtina edib. Bundan sonra Yusif Quliyev zərərçəkənin evdə olmamağından istifadə edərək pulunu oğurlayıb. Faktla bağlı araşdırmalar aparılır.

İlkin Rzayev Rövşən Almazoğlu

APA TV Lənkəran

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR