Biləcəridə kafeyə basqın: əvvəl döydülər, sonra soydular
Bakıda kafeyə basqın olub.
Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsində qeydə alınıb.
Qəsəbə ərazisində yerləşən kafelərdən birinə daxil olan 2 naməlum şəxs oranın işçisi inzibatçı Oqtay Salahovu döyərək pul tələb ediblər.
Zərərçəkən kassada olan 700 manatı onlara verdikdən sonra hadisəni törədən şəxslər kafeni tərk ediblər.
Hadisə ilə bağlı polisə məlumat verilib. Faktla bağlı araşdırılma aparılır.
DİGƏR XƏBƏRLƏR
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirildi
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi