Biləsuvarda xuliqanlıq edən dəstə üzvləri yaxalandı – BİRİNDƏN SİLAH GÖTÜRÜLDÜ
Xuliqanlıq etdiyinə görə saxlanılan şəxsdən odlu silah aşkarlanıb.
APA TV-nin cənub bürosunun verdiyi xəbərə görə, Biləsuvar sakini Fərid Nuriyev rayon ərazisində koronavirus pandemiyası ilə əlaqədar qurulmuş stasionar postlardan birində xidmət aparan polis əməkdaşlarına yaxınlaşaraq, naməlum şəxslərin onu döyərək bıçaqla xəsarət yetirdiklərini və avtomobillə hadisə yerindən uzaqlaşdıqlarını bildirib.
Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri ilə dərhal həmin şəxslərin yeri müəyyən edilib və onlar saxlanılaraq polis şöbəsinə gətiriliblər.
Onların Sumqayıt şəhər sakinləri Anar Vəlizadə, Əfqan Mirzəliyev, Kamran Alıyev, Aydın Abbasov və Bakı şəhər sakini Sərvər Quliyev olduqları müəyyən edilib.
Saxlanılan şəxslərdən Anar Vəlizadənin ətrafında aparılan tədbirlərlə onun odlu silah gizlətdiyi də müəyyən edilib. Əməliyyat-axtarış tədbirləri ilə həmin şəxsin yaşadığı evdən “Makarov” markalı tapança, patron darağı və 4 ədəd patron aşkar edilərək götürülüb: “Sumqayıt şəhərindən gəldim Biləsuvara rayonuna. Fərid adlı şəxslə görüşməli idim, pulum var idi onda. Pulu vermədi, aramızda mübahisə yarandı, sonra bıçaqla vurdum. Sonra biz qaçmaq istədik, polis əməkdaşları gəlib bizi saxladılar Salyan postunda. Sumqayıt şəhərində yaşadığım binanın zirzəmisində gizlətmişdim “Makarov” tipli silahı, 4 ədəd patron da ayırıb qoymuşdum orada, polislər aşkar elədilər”.
Faktla bağlı araşdırma aparılır.
Tural Kərimov
Rövşən Əzimov
APA TV
DİGƏR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri